Ən son xəbərlər:

26.03.2023/21:52/ Türkmənistanda parlament seçkilərində müşahidəçilər pozuntu görmədi

Türkmənistanda  parlament seçkilərində müşahidəçilər pozuntu görmədi.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Türkmənistanda bu gün saat 19.00-da Məclisə seçkilər başa çatıb. Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə müşahidəçilər missiyası heç bir pozuntu aşkar etməyib. Bunu missiyanın üzvü, rusiyalı senator Nikolay Vladimirov deyib.

Jurnalistlərlə söhbətində senator bildirib ki, səsvermə günü ŞƏT-dən olan beynəlxalq müşahidəçilər Aşqabaddakı seçki məntəqələrinə gediblər.

Biz bir neçə seçki məntəqəsində olduq, baxdıq, seçicilərlə söhbət etdik: təzyiq varmı, kimsə kimə səs verib-vermədiyini göstərdimi – belə hallar olmayıb. Səsvermə prosesini izləyən siyasi partiyalardan müşahidəçilərin olması xoşuma gəldi. Missiyamız heç bir qanun pozuntusu görmədi,- senator belə vurğulayıb.

Müşahidəçilər Aşqabadın ətraf rayonlarına da səfər ediblər.