Ən son xəbərlər:

26.03.2023/19:59/ Türkiyə fevralın 6-da baş verən zəlzələlərin sənayeyə dəyən zərəri hesablayıb

Türkiyə fevralın 6-da baş verən zəlzələlərin sənayeyə dəyən zərəri hesablayıb.

xeberaz.info qazeta.ru-ya istinadən bildirir ki, Türkiyə rəsmiləri fevralın 6-da baş verən zəlzələlərin sənayeyə dəymiş ziyanı 9 milyard dollar qiymətləndirib.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank fevralın 6-da baş verən zəlzələ nəticəsində ölkənin sənaye müəssisələrinə 9 milyard dollar, yəni 170 milyard türk lirəsi dəyərində ziyan vurduğunu bildirib. Bu barədə nazirliyin rəsmi Twitter hesabında məlumat verilib.

Nazir bildirib ki, zəlzələlər nəticəsində 34 sənaye zonasında 5,6 minə yaxın müəssisə əhəmiyyətli və ya orta dərəcədə zərər görüb. Ölkənin qalan 34 min müəssisəsi isə fəaliyyətini davam etdirir.

Türkiyə Maliyyə Nazirliyində zəlzələlərin ümumi zərəri 105 milyard dollar və ya 2 trilyon türk lirəsi olaraq qiymətləndirilib.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib, yeraltı təkanlar Suriya da daxil olmaqla qonşu ölkələrdə dağıntılara səbəb olub. Zəlzələnin əks-sədaları Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə də çatıb. Sonradan ölkəni 100 mindən çox yeraltı təkan silkələyib. Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçib. Qurbanlar arasında 6,6 mindən çox əcnəbi var.