Ən son xəbərlər:

26.03.2023/16:08/ Yeni soyuq müharibə dəhşətli olacaq

ABŞ Çinlə dil tapa bilməyəcək, yeni soyuq müharibə dəhşətli olacaq.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, ABŞ və Çin arasında soyuq müharibə birincidən daha təhlükəli olacaq. Bunu İspaniyanın Mundo qəzetinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

Mayın 27-də 100 yaşı tamam olan Kissincer izah edib ki, hər iki ölkənin müqayisə edilə bilən iqtisadi resursları var, birinci Soyuq Müharibə dövründə belə deyildi. Onun fikrincə, Pekin və Vaşinqton indi rəqibdirlər və ÇXR qərbləşənə qədər gözləmək olmaz.