Ən son xəbərlər:

26.03.2023/04:21 / Fransa hava hücumundan müdafiə sistemləri və haubitsalar üçün raket istehsalını artıracaq

Fransa hava hücumundan müdafiə sistemləri və haubitsalar üçün raket istehsalını artıracaq.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Fransanın özüyeriyən haubitsa, yer-hava raketləri və radarların istehsalı iki dəfə artırılacaq. Bu barədə Fransanın Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu cümə günü “Eco” qəzetinə müsahibəsində bildirib.

Nexter tərəfindən “Sezar” özüyeriyən 155 mm-lik haubitsaların istehsal dərəcəsi ayda hazırkı dörddən səkkiz ədədə – iki dəfə artırılacaq. İstehsal müddəti isə 30 aydan 17 aya qədər enəcək. Lecornu belə bildirib.