Ən son xəbərlər:

24.03.2023/14:55 / Bakı İrəvanı danışıqlarda xoş niyyətli olmağa çağırıb

Bakı İrəvanı danışıqlarda xoş niyyətli olmağa çağırıb.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Sülh müqaviləsinə nail olmaq üçün Ermənistan xoş niyyətlə danışıqlar aparmalıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu gün, martın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki tvitinə cavab olaraq yazıb.

Regionumuzda ərazi bütövlüyünə və suverenliyinə hörmət hökm sürməli, istənilən gərginlik beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Beynəlxalq ictimaiyyət bu müddüanı dəstəkləyir, – Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi belə bildirib.