Ən son xəbərlər:

24.03.2023/10:51 / Ərdoğan: Biz Ukrayna münaqişəsində tərəf tutmayacağıq

Ərdoğan: Biz Ukrayna münaqişəsində tərəf tutmayacağıq.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbi münaqişələrdə, o cümlədən Ukraynada tərəf tutmayacaq. Bu barədə Bloomberg məlumat yayıb.

Türkiyə hər zaman sülhün tərəfdarı olacaq, onu müdafiə edəcək, qlobal sülhün möhkəmlənməsi üçün addımlar atacaq. Əslində bizim Rusiya-Ukrayna münaqişəsində vəzifəmiz məhz bundan ibarətdir, Ərdoğan belə qeyd edib.

Türkiyə prezidenti həmçinin bildirib ki, o, yaxın iki-üç gün ərzində Rusiya lideri Vladimir Putinə zəng edərək Qara dəniz taxıl təşəbbüsünü müzakirə edəcək.

Türkiyə Rusiya gübrələrinin dünya bazarlarına çıxarılmasında yardım etməyə hazırdır, onlara ehtiyac var, deyə Ərdoğan bildirib.