Ən son xəbərlər:

24.03.2023/09:51 / Çexiyanın Ukraynanı silahla təmin etmək imkanı tükənib

Çexiyanın Ukraynanı silahla təmin etmək imkanı tükənib.

xeberaz.info qazeta.ru-ya istinadən bildirir ki, Çexiya Ukraynaya silah göndərməklə mümkün qədər kömək edib, lakin artıq yeni tədarük imkanı yoxdur. Bunu Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Çexiya prezidenti Petr Pavel deyib.

Eyni zamanda, o, hava hücumundan müdafiə sahəsində və mərmi istehsalında potensial imkanlar görür, lakin işçi qüvvəsi kifayət qədər olmadığından onların buraxılması ilə bağlı problemlər yarana bilər.

Ancaq məsələn, Ukraynadan işçilər dəvət etmək imkanları var,- deyə Petr Pavel bildirib.