Ən son xəbərlər:

24.03.2023/09:31 / Blinken: Ukrayna ərazini başqa yolla qaytarmağa qərar verə bilər

Blinken: Ukrayna ərazini başqa yolla qaytarmağa qərar verə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ dövlət katibi Entoni Blinken iddia edir ki, Kiyev bəzi əraziləri döyüş meydanında deyil, başqa yollarla qaytarmağa cəhd edə bilər.

O, cümə axşamı Nümayəndələr Palatasında təxsisatlar komitəsində dinləmələr zamanı ABŞ-ın bütün itirilmiş ərazilərin Kiyev tərəfindən qaytarılmasına dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib: -Məncə, Ukraynada Ukraynanın uğrunda mübarizə aparmaqda qərarlı olduğu ərazilər olacaq və onlar başqa yolla geri almağa qərar verə biləcək ərazilər ola bilər.