Ən son xəbərlər:

24.03.2023/09:21 / Litva öz ərazisində daha çox NATO-nun sursat anbarı olmasını istəyir

Litva öz ərazisində daha çox NATO-nun sursat anbarı olmasını istəyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Litva Şimali Atlantika Alyansının rəhbərliyinə öz ərazisində sursat ehtiyatı anbarının təşkili xahişi ilə müraciət edəcək. Bu barədə cümə axşamı jurnalistlərə müdafiə naziri Arvydas Anusauskas məlumat verib.

NATO-nun inkişaf etdirilən müdafiə planları Litvanın da daxil olduğu alyansın şərq cinahında əlavə arsenalın saxlanması üçün şəraiti təmin etməlidir ki, sursat bütün Avropa vasitəsilə daşınmasın.