Ən son xəbərlər:

22.03.2023 / 21:46 / Fransızlar ölkənin bir neçə stansiyasında qatarların hərəkətini əngəlləyib

Fransızlar ölkənin bir neçə stansiyasında qatarların hərəkətini əngəlləyib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Fransa sakinləri prezident Emmanuel Makronun pensiya islahatı ilə bağlı bəyanatları ərəfəsində bir neçə stansiyada şəhərlərarası qatarların hərəkətini əngəlləyib. Bu barədə çərşənbə günü Be-ef-em telekanalı məlumat yayıb.

Belə ki, telekanal Tuluza və Nitsa qatar stansiyalarında kütləvi nümayişlər təşkil edirək, gənclər təşkilatlarının və həmkarlar ittifaqlarının bayraqları ilə yola çıxıblar. Bəzi iştirakçılar relslərdə yanğın törətmək qərarına gəlsələr də, yanğınlar stansiyanın əməkdaşları tərəfindən tez bir zamanda söndürülüb. Bildirilir ki, ölkənin ən böyük limanlarından birində işçilərin tətil keçirdikləri, Marsel stansiyalarında da qatarların hərəkəti dayandırılıb.

Hazırda ölkənin bir çox şəhərlərində parlamentdə səsvermədən yan keçərək pensiya islahatına və hökumət tərəfindən qəbul edilməsinə qarşı etirazlar keçirilir.