Ən son xəbərlər:

22.03.2023 / 21:18 / ABŞ Konqresində Kiyevə yardımın xərclənməsinə nəzarətlə bağlı dinləmələr keçiriləcək

ABŞ Konqresində Kiyevə yardımın xərclənməsinə nəzarətlə bağlı dinləmələr keçiriləcək.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Kiyevə yardımın xərclənməsinə nəzarətlə bağlı dinləmələr keçirəcək. Bu barədə komitənin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, komitənin rəhbəri Maykl Makkol martın 29-da Ukraynaya yardıma nəzarət, şəffaflıq və hesabatlılıq mövzusunda dinləmələrin keçiriləcəyini elan edib.

Dinləmələr çərçivəsində ABŞ Müdafiə Nazirliyinin, Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin nəzarət strukturlarının nümayəndələri ifadə verəcəklər.

Yanvarda RT yazmışdı ki, ABŞ Konqresinin Tədqiqat Xidməti Kiyevin birbaşa maliyyələşdirilməsinin israfçılıq və saxtakarlığa töhfə verə biləcəyi ilə maraqlanır. Bundan əlavə, ekspertlər qeyd edirlər ki, 2022-ci ildə Ukrayna maliyyə şəffaflığı sahəsində heç bir irəliləyiş əldə etməyib.