Ən son xəbərlər:

22.03.2023 / 08:48 / Zelenski Kişidanın G7 sammitində onlayn iştirak təklifini qəbul etdi

Zelenski Kişidanın G7 sammitində onlayn iştirak təklifini qəbul edib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskini onlayn rejimdə G7 sammitində iştirak etməyə dəvət edib. Kyodo-nun məlumatına görə, dəvət qəbul olunub.

Kişidanın sözlərinə görə, Yaponiya G7-nin sədri kimi dünya nizamını qorumaq niyyətindədir.

Biz sammitdə aydın mesaj verməyə hazırlaşırıq,- Kişida belə deyib.

Bundan əvvəl Kişidanın Kiyevə gəldiyi xəbəri yayılmışdı.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin hakimiyyəti Kişidanın Kiyevə səfərinin Ukrayna münaqişəsinin gərginləşməsinə gətirib çıxarmayacağına ümid edir.