Ən son xəbərlər:

22.03.2023 / 07:15 / Qaz nəhəngləri Türkmənistan və Qətər yaxınlaşır

Qaz nəhəngləri Türkmənistan və Qətər yaxınlaşır.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Qətərə rəsmi səfər edib və burada Əmir Təmim bin Həməd əl-Tani ilə danışıqlar aparıb. Bu barədə ötən gün, martın 21-də “Ərəblərin səsi” məlumat yayıb.

Qətər və Türkmənistan tərəfləri diplomatik pasport sahibləri üçün vizaların ləğvi barədə razılığa gəliblər.

Həmçinin Aşqabadla Doha arasında birbaşa aviareyslərin yaradılması nəzərdə tutulur.

Bundan başqa, tərəflər birgə investisiya fondunun yaradılması ideyasını müzakirə edirlər.