Ən son xəbərlər:

22.03.2023 / 07:06 / Türkiyə 40 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır

Türkiyə 40 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Türkiyənin energetika naziri Fatih Dönməz bildirib ki, gələcəkdə Türkiyə qaz qovşağı vasitəsilə 40 milyard kubmetrdən çox qaz ixrac ediləcək. Bu barədə “Oil and Capital” teleqram kanalı məlumat yayıb.

Türkiyəli nazirin sözlərinə görə, qovşaq bu il ərzində işə başlayacaq. Ölkə Qara dənizdəki yataqlardan öz qazına da arxalana bilər.

Dönməz ölkənin təxminən 60 milyard kubmetr qaz istehlak etdiyini və təxminən 40 milyard kubmetr qaz ixrac edə biləcəyini, ölkənin boru kəməri sisteminin gücü isə ildə təxminən 100 milyard kubmetr qaz nəql etməyə imkan verdiyini bildirib.

Üstəlik, Türkiyə tranzit ölkə rolu ilə məhdudlaşmaq niyyətində deyil, müvafiq infrastruktura malik qaz ticarəti mərkəzinə çevrilmək niyyətindədir.