Ən son xəbərlər:

22.03.2023 / 05:43 / Borrell: Aİ Ukrayna kimi digər tərəfdaş ölkələrə silah tədarük etməyə hazırdır

Borrell: Aİ Ukrayna kimi digər tərəfdaş ölkələrə silah tədarük etməyə hazırdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Avropa İttifaqı silah tədarükü baxımından Ukrayna üçün etdiyi kimi dünyanın digər ölkələri üçün də etməyə hazırdır. Bunu çərşənbə axşamı Avropa Parlamentində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq üzrə birinci Şuman forumunu açan Aİ-nin xarici siyasət rəhbəri Xosep Borrell deyib. O, həmçinin dünyanın hər yerindən tərəfdaş ölkələri yeni silah növlərinin inkişafı və istehsalı üzrə hərbi layihələrinə qoşulmağa dəvət edib.

Borrell bildirib ki, biz Ukraynaya silah tədarükü və Avropa Sülh Fondu vasitəsilə yardım göstərdiyimiz kimi dünyanın digər ölkələri üçün də bunu etməyə hazırıq. Biz həm də tərəfdaşlarımızı PESCO proqramı (yeni silah növlərinin inkişafı və istehsalı üzrə hərbi tərəfdaşlıq – TASS qeydi) çərçivəsində layihələrə qoşulmağa dəvət edirik. Bu layihələr Aİ-dən kənar ölkələr – Norveç, Kanada, Ukrayna üçün əlçatandır, eyni zamanda bizim yanaşmamızı bölüşən Serbiya kimi digər ölkələr də bu təşəbbüsə qoşula bilər. Biz həmçinin Afrika və Asiya ölkələri ilə tərəfdaşlıq etməyə hazırıq.