Ən son xəbərlər:
Blue flag NATO and wave. 3d illustration

22.03.2023 / 05:27 / Rusiya və Çin NATO-nun müdafiə xarakterinə ciddi riayət etməsində israr edirlər

Rusiya və Çin NATO-nun müdafiə xarakterinə ciddi riayət etməsində israr edirlər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki,  Rusiya və Çin israr edirlər ki, NATO öz təşkilatlarının müdafiə xarakterinə ciddi riayət etsin və xarici suverenliyə hörmət etsin. Bu barədə Rusiya Federasiyası və Çin Xalq Respublikasının yeni dövrə qədəm qoyan hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyanatının Kremlin saytında dərc olunmuş mətnində deyilir.

Tərəflər israr edirlər ki, NATO bu təşkilatın regional və müdafiə xarakteri ilə bağlı öhdəliklərinə ciddi şəkildə əməl etsin. Onlar NATO-nu digər dövlətlərin suverenliyinə, onların təhlükəsizliyinə və maraqlarına, sivilizasiya və tarixi-mədəni müxtəlifliyə hörmət etməyə, digər dövlətlərin sülh yolu ilə inkişafına obyektiv və qərəzsiz yanaşmağa çağırırlar, – sənəddə belə deyilir.