Ən son xəbərlər:

22.03.2023 / 04:59 / 16 ölkə BRİKS-ə üzv olmaq istəyir

16 ölkə BRİKS-ə üzv olmaq istəyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, On altı ölkə BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq istəyir, ərizəçilərin sayı hər ay sözün həqiqi mənasında artır. Bunu çərşənbə axşamı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov Birinci Kanalın efirində deyib.

Hazırda BRİKS-ə qoşulmaq istəyənlər siyahısında neçə ölkənin olduğunu soruşduqda o, – hər ay rəqəmlər sözün əsl mənasında dəyişir,- deyə cavab verib. Sayı artır, mən daha real rəqəm kimi on altı dövlətin adını çəkməyə üstünlük verərdim, – deyə nazir müavini bildirib.