Ən son xəbərlər:

22.03.2023 / 04:36 / Rada dövlət büdcəsinin müdafiə xərclərinin 14 milyard dollardan çox artırılması haqqında qanun qəbul edib

Rada dövlət büdcəsinin müdafiə xərclərinin 14 milyard dollardan çox artırılması haqqında qanun qəbul edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ali Radanın deputatları çərşənbə axşamı müdafiəyə büdcə xərclərinin 14 milyard dollardan çox artırılması haqqında qanun qəbul ediblər. Bu barədə Radanın deputatı Aleksiy Qonçarenko məlumat verib.

Aleksiy Qonçarenkonun sosial şəbəkədə yazdığına görə Rada milli təhlükəsizlik və müdafiə xərclərini 537,2 milyard qrivna (14,6 milyard dollardan çox – TASS qeyd edib) artırır. Qonçarenkonun bildirdiyinə görə, xərclərin artırılmasına 325 deputat səs verib.