Ən son xəbərlər:

22.03.2023 / 04:24 / Putin və Si Cinpin qapalı formatda danışıqlar aparır

Putin və Si Cinpin qapalı formatda danışıqlar aparır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Çərşənbə axşamı Kremldə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Tszinpin arasında nümayəndə heyəti üzvlərinin iştirakı ilə dar tərkibdə danışıqlar başlayıb. Görüş Böyük Kreml Sarayının Yekaterina zalında keçirilir.

Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçiləri Maksim Oreşkin və Yuri Uşakov, Rusiyanın Çindəki fövqəladə və səlahiyyətli səfiri İqor Morqulov, müdafiə naziri Sergey Şoyqu, Mərkəzi Bankın rəhbəri Elvira Nabibulina, Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidmətin baş direktoru Dmitri Şuqayev, Roskosmosun rəhbəri Yuri Borisov iştirak etmişlər.

Daha sonra geniş tərkibdə danışıqların aparılması, sənədlərin imzalanması və liderlərin media üçün bəyanatları planlaşdırılır. Proqram Qranatov palatasında dövlət ziyafəti ilə başa çatacaq.