Ən son xəbərlər:

22.03.2023/03:57 / Macarıstanın etirazları ilə bağlı Ukrayna-NATO komissiyası nazirlər səviyyəsində keçiriləcək

Macarıstanın etirazları ilə bağlı Ukrayna-NATO komissiyası nazirlər səviyyəsində keçiriləcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Macarıstanın etirazlarına baxmayaraq, aprelin 4-də Ukrayna-NATO komissiyasının iclasının keçirilməsinə qərar verib. Bu barədə çərşənbə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə Stoltenberqlə görüşdən sonra bildirib.

Baş katib, Macarıstanın etirazlarına baxmayaraq, müxtəlif səbəblərə görə, NATO-Ukrayna Komissiyasının aprelin 4-də keçiriləcək NATO Xarici İşlər Nazirləri Şurasının iclasında çağırılacağını bildirib. XİN başçısı jurnalistlərlə söhbətində bu barədə qeyd edib.