Ən son xəbərlər:

20.03.2023 / 17:07 / Çin Rusiya ilə birlikdə BMT mərkəzli beynəlxalq sistemi dəstəkləməyə hazırdır

Çin Rusiya ilə birlikdə BMT mərkəzli beynəlxalq sistemi dəstəkləməyə hazırdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Çin Rusiya ilə birlikdə bugünkü təlatümlü dünyada BMT mərkəzli beynəlxalq sistemi dəstəkləmək və beynəlxalq hüquqa əsaslanan dünya nizamının keşiyində durmaq əzmindədir. Bunu bazar ertəsi Çin prezidenti Si Cinpin Moskvaya gələrkən deyib.

Sülhdən uzaq bir dünyada Çin Rusiya ilə birlikdə BMT mərkəzli beynəlxalq sistemi qətiyyətlə dəstəkləməyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin fundamental normalarına əsaslanan dünya nizamının keşiyində durmağa hazırdır.

Əsl çoxtərəfliliyi dəstəkləmək, dünyada çoxqütblülüyü təşviq etmək və beynəlxalq münasibətləri demokratikləşdirmək, qlobal idarəçiliyin daha ədalətli və rasional istiqamətdə inkişafına kömək etmək lazımdır, – Si Cinpin belə deyib.