Ən son xəbərlər:

20.03.2023 / 16:42 / Çin Xarici İşlər Nazirliyi BCM-ni beynəlxalq hüquqa hörmət etməyə çağırır

Çin Xarici İşlər Nazirliyi BCM-ni beynəlxalq hüquqa hörmət etməyə çağırır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) obyektiv olmalı və beynəlxalq hüquqa hörmət etməlidir. Bu barədə bazar ertəsi brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

BCM obyektiv və qərəzsiz mövqe tutmalı, dövlət başçısının beynəlxalq hüquqa uyğun olaraq malik olduğu hüquqi toxunulmazlığa hörmət etməlidir, – deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Martın 17-də BCM Rusiya prezidenti Vladimir Putin və Mariya Lvova-Belovanın ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə həbsinə order verib. Bu qərarı şərh edən Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva BCM-nin yurisdiksiyasını tanımır.