Ən son xəbərlər:

20.03.2023/10:03 / Si Cinpin Rusiyaya səfərinin məqsədi barədə danışıb

Si Cinpin Rusiyaya səfərinin məqsədi barədə danışıb.

xeberaz.info eadaily-ya istinadən bildirir ki,  Çin prezidenti Si Cinpin Rossiyskaya qazeta üçün müəllif məqaləsində bildirib ki, onun Rusiyaya səfəri dostluq və sülhü möhkəmləndirmək məqsədi daşıyır və həmçinin Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Çin birgə münasibətlərində inkişafın yeni planlarını müəyyən etməyə hazır olduğunu bildirib.

Rusiyaya qarşıdakı səfərim dostluğu, əməkdaşlığı və sülhü möhkəmləndirmək məqsədi daşıyır. Mən prezident Vladimir Putinlə birlikdə Çin-Rusiya münasibətləri üçün hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət üçün yeni perspektivlər açmaq üçün yeni planlar və tədbirləri müəyyən etməyə hazıram.  Si Cinpin belə yazıb.

Çin sədri Si Cinpin 20-22 mart tarixlərində Rusiyaya dövlət səfəri edəcək və bu, onun üçüncü müddətə dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xaricə səfəri olacaq.