Ən son xəbərlər:

20.03.2023/09:27 / Əfqanıstan fərmanla kannabis (marixuana) yetişdirilməsini qadağan edir

Əfqanıstan fərmanla kannabis (marixuana) yetişdirilməsini qadağan edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Bütün Əfqanıstanda kannabis (marixuana) becərilməsi qadağandır. Bu barədə Taliban ali lideri Hibətullah Axundzadənin imzaladığı fərmanda deyilir.

Hərəkatın sözçüsü Zabiullah Mücahidin şənbə günü Twitter-də dərc etdiyi fərmanda deyilir: “Ölkədə kannabis (marixuana) yetişdirilməsi qəti qadağandır  Məhkəmələr qanun pozucularını şəriət qanunlarına əsasən cəzalandırmağı tapşırıb.