Ən son xəbərlər:

20.03.2023/09:16 / Parisdə müharibə əleyhinə yürüşlər Fransanın NATO və Aİ-dən çıxmasını tələb edir

Parisdə müharibə əleyhinə yürüşlər Fransanın NATO və Aİ-dən çıxmasını tələb edir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Fransa Vətənpərvərləri Partiyası Parisdən sülh siyasəti yeritməyi, respublikanın NATO və Avropa İttifaqından çıxmasını tələb edib. Bu tələbləri şənbə günü paytaxtın şərqində keçirilən müharibə əleyhinə yürüşün iştirakçıları irəli sürüb.

Port Royal Bulvarında başlayan aksiya iştirakçıları Biz sülh siyasəti yeritməyi, NATO və Aİ sıralarını tərk etməyi tələb edirik kimi şüarları səsləndirib.

Yürüş iştirakçılarının çoxu Fransanın müstəqilliyinin simvolu halına gələn Frigiya papağı taxmış gənc qadın Mariannanın təsviri olan pankartlar götürüblər. Bu alleqorik şəxsiyyət milli tarixə 18-ci əsrin sonlarında Fransa İnqilabı dövründə daxil olub.