Ən son xəbərlər:

20.03.2023/08:36 / Avropa Bankı Türkiyəyə sərmayələri artıracaq

Avropa Bankı Türkiyəyə sərmayələri artıracaq.

xeberaz.info eadaily-ya istinadən bildirir ki,  AYİB zəlzələdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə Türkiyəyə investisiyalarını artıracaq. Bu barədə “Daily Sabah” məlumat yayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) keçmişdə 1,6 milyard avrodan (1,7 milyard dollar) çox sərmayə qoyaraq, bu il Türkiyəyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq.

Bank Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə kredit xətləri, infrastruktur sərmayələri və kiçik və orta sahibkarlıq dəstəyini əhatə edən paketdə 1,5 milyard avroya qədər sərmayə qoymağı planlaşdırdığını bildirib.

AYİB-in Birinci vitse-prezidenti Yurgen Riqterink, Bankın təkcə zəlzələdən zərər çəkmiş bölgələrdə deyil, həm də başqa yerlərdə müştərilərinə kömək etməkdə davam etmək istədiyini söyləyib və əlavə edib ki, “hazırda kiçik və orta müəssisələrə likvidlik, təxirə salınmış ödənişlər, kredit tətilləri baxımından kömək edir.