Ən son xəbərlər:

20.03.2023/07:57 / Rusiya dünyanın ən böyük 10 ixracatçısı siyahısına düşüb

Rusiya dünyanın ən böyük 10 ixracatçısı siyahısına düşüb.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, 2022-ci ilin sonunda Rusiya dünyanın müxtəlif malların ən böyük 10 tədarükçüsü arasında onuncu yeri tuta bilib. Bu gün, martın 19-da, Rusiya KİV-ləri bu barədə xəbər verir.

Ötən il Rusiya tədarükçüləri xaricə 591,5 milyard dollarlıq məhsul göndəriblər. Bu barədə məlumat milli statistika idarələrinə istinadən verilir.

İlk 10 lider 3,6 trilyon dollarla Çin, 2,1 trilyon dollarla ABŞ və 1,7 trilyon dollarla Almaniya olub.

Hollandiya və Yaponiya ilk beşliyi bağlayıb. İlk 10-luğa Cənubi Koreya, İtaliya, Fransa və Kanada da daxildir.