Ən son xəbərlər:

18.03.2023/20:32 / Mask həbs olunduğu üçün Trampın seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb

Mask həbs olunduğu üçün Trampın seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb.

xeberaz.info lenta.ru-ya istinadən bildirir ki, Amerikalı iş adamı İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın həbs olunacağı təqdirdə 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb. Bu barədə o, Twitter səhifəsində yazıb.

Bundan əvvəl Tramp martın 21-də Manhetten prokurorluğunun qaldırdığı iş üzrə saxlanıla biləcəyini bildirmişdi. Eks-prezident tərəfdarlarını onu dəstəkləmək üçün mitinqlərə çıxmağa çağırıb.

Əgər bu baş verərsə, Tramp sarsıdıcı qələbə ilə yenidən seçiləcək, – Maks keçmiş Amerika liderinin saxlanılması xəbərini şərh edərkən belə yazıb.