Ən son xəbərlər:

18.03.2023/16:16 / Afrikada on milyonlarla uşağın humanitar yardıma ciddi ehtiyacı var

Afrikada on milyonlarla uşağın humanitar yardıma ciddi ehtiyacı var.

xeberaz.info eadaily-ya istinadən bildirir ki,  Afrikada Burkina Faso, Mali və Nigerdə ​​ on milyonlarla uşağın humanitar yardıma ciddi ehtiyacı var. UNICEF-in cümə günü verdiyi bəyanatda deyilir ki, ehtiyacı olan uşaqların sayı son 3 ildə iki dəfə artıb.

Vəziyyətin gərginləşməsinə münaqişələrin kəskinləşməsi və getdikcə şiddətlənməsi səbəb olur. Qonşu ölkələrdə 4 milyona yaxın uşaq silahlı qruplar və təhlükəsizlik qüvvələri arasında sərhədlərarası toqquşmaların riski altındadır.

UNICEF-in Qərbi və Şərqi Afrika üzrə direktoru Mari-Pierre Poirier bildirib ki, regiondakı uşaqlar getdikcə daha çox silahlı münaqişələrin qurbanına və ya silahlı qrupların hədəfinə çevrilirlər. 2022-ci ildə Mərkəzi Saheldə uşaqlar xüsusilə zorakılığa məruz qalıblar.

Burkina Fasoda BMT-nin məlumatına görə, ötən ilin ilk 9 ayında keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çox uşaq öldürülüb. Onların əksəriyyəti kəndlərinə edilən hücumlarda və ya bomba, və yaxud atılan partlayıcılardan həlak olub.