Ən son xəbərlər:

18.03.2023/07:50/ Tayvan hərbçiləri adaya yaxınlaşan Çin ordusunun 26 təyyarəsi və dörd gəmisini aşkar ediblər

Tayvan hərbçiləri adaya yaxınlaşan Çin ordusunun 26 təyyarəsi və dörd gəmisini aşkar ediblər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Tayvan silahlı qüvvələri adanın ərazisində Çin Xalq Azadlıq Ordusunun 4 gəmisi və 26 təyyarəsini aşkar edib. Bu barədə Tayvanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Bundan əvvəl Çin 2023-cü ildə Tayvanın müstəqilliyinə qarşı qəti mübarizə aparacağını elan etmişdi.