Ən son xəbərlər:

18.03.2023/07:08/ Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədərki Palatası Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Haaqa Beynəlxalq Məhkəməsinin qərarları Rusiya üçün heç bir hüquqi qüvvəyə malik deyil.

2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsinin ikinci məhkəməyə qədərki palatası Ukrayna hadisələri ilə bağlı iki nəfərin: Vladimir Putin və Mariya Lvova-Belovanın həbsinə order verib, – məhkəmənin bəyanatında belə deyilir.

Beynəlxalq Cinayət Məhkəməsi belə bir qərarı “Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən insanların qanunsuz deportasiyası – bu, ukraynalı uşaqlara ziyan vurması” iddiası ilə bağlı işə baxılması çərçivəsində qəbul etdiklərini izah edir.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur.