Ən son xəbərlər:

18.03.2023/06:56/ Hindistan elektron turist vizalarında rusların qalma qaydalarını yeniləyib

Hindistan elektron turist vizalarında rusların qalma qaydalarını yeniləyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Hindistan ruslar üçün e-turist vizaları ilə ölkədə qalma qaydalarını yeniləyib, buna görə indi ölkədə bir təqvim ili ərzində ümumilikdə 180 gündən çox qalmaq olmaz, maksimum fasiləsiz qalma müddəti isə hələ də 90 gündür. Bu barədə cümə günü Rusiyanın Yeni Dehlidəki səfirliyi öz Twitter səhifəsində məlumat yayıb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, elektron vizaların etibarlılığı ilə bağlı yeni qaydaları Hindistan Daxili İşlər Nazirliyinin İmmiqrasiya Bürosu təqdim edib. Xüsusən, elektron turist vizası ilə Rusiya vətəndaşlarının Hindistanda fasiləsiz qalma müddəti 90 gündən, bir təqvim ilində ümumi qalma müddəti isə 180 gündən çox olmamalıdır, – səfirlik belə bildirib.

Diplomatik nümayəndəlik qeyd edib ki, bu dəyişikliklər artıq verilmiş elektron vizalara aiddir.