Ən son xəbərlər:

18.03.2023/06:26/ Azərbaycan-Rusiya sərhədində yeni buraxılış məntəqəsi açılıb

Azərbaycan-Rusiya sərhədində yeni buraxılış məntəqəsi açılıb.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Dağıstan hökumətinin mətbuat xidməti martın 17-də bildirib ki, Azərbaycan-Rusiya sərhədindəki “Xanoba” gömrük-keçid məntəqəsi rəsmən açıqdır.

Müasir avadanlıqla təchiz edilmiş yeni buraxılış məntəqəsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaları sürətləndirəcək, sərhəd keçid prosedurlarını sadələşdirəcək, Azərbaycan-Rusiya dövlət sərhədində nəqliyyat vasitələrinin yığılması və növbələri tamamilə aradan qaldıracaq,- xəbərdə belə deyilir.

Obyektin işə salınması sutkada əlavə min yük maşınının keçməsinə imkan verəcək.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında Şimal-Cənub dəhlizinin inkişafının vacibliyindən danışan prezident Vladimir Putin bildirib ki, bu dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativ ola bilər.