Ən son xəbərlər:

17.03.2023 / 22:04 / Rusiya Pakistanı neftlə sınağa çəkəcək

Rusiya Pakistanı neftlə sınağa  çəkəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Aİ-nin Rusiyadan xammal idxalına qadağa qoymasından sonra Pakistan Rusiya neftinin daha bir alıcısına çevrilə bilər. Hələlik ilk sınaq partiyası ölkəyə göndərilib.

Rusiya nefti daşıyan tanker aprelin ilk həftəsində Pakistana çatacaq. “The Express Tribune” xəbər verir ki, bunu özəl telekanala müsahibəsində ölkənin neft naziri Musadiq Malik deyib.

Rəsminin fikrincə, enerji qiymətlərinin yüksək olması fonunda tədarük ölkə üçün ciddi kömək ola bilər.

Yanvarın sonunda Rusiya və Pakistanın hökumətlərarası komissiyasının işi zamanı tərəflər neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılaşmalar əldə ediblər və martın sonunadək neftin tədarükünə dair saziş hazırlamağı planlaşdırıblar. İnterfaks xəbər verir ki, logistika, sığorta, ödəniş və təchizat həcmləri həll olunacaq.

Bununla belə, The Express Tribune aydınlaşdırır ki, apreldə neft tədarükünün sınaq xarakteri daşıyacaq, çünki Rusiya Pakistanın niyyətlərinin ciddiliyini yoxlamaq istəyir.