Ən son xəbərlər:
The NATO Secretary General, Jens Stoltenberg, meet the Prime Minister of Ukraine, Denys Shmyhal, on Tuesday 09 February 2021 at NATO Headquarters in Brussels. Le secretaire general de l'OTAN, Jens Stoltenberg, rencontre le Premier Ministre de l'Ukraine, Denys Shmyhal, le mardi 9 Fevrier 2021 au siege de l'OTAN a Bruxelles.NO USE FRANCE

17.03.2023/17:36/ Ukraynanın Aİ-yə və şərtlərə uyğun olaraq NATO-ya üzvlüyünə fəal dəstək verilməlidir.

Ukraynanın Aİ-yə və şərtlərə uyğun olaraq NATO-ya üzvlüyünə fəal dəstək verilməlidir.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Mərkəzi və Şərqi Avropa regionu Ukraynanın demokratik Avropa xalqları ailəsinə qaytarılmasında mühüm rol oynayır. Bunu bu gün, martın 17-də Çexiya prezidenti Petr Pavel Polşanın baş naziri Mateuş Moravetski ilə görüşündə bildirib.

Onun sözlərinə görə, o, andiçmə mərasimindən qısa müddət sonra Polşaya gəlib, ölkənin birinci şəxsləri ilə görüşə bildiyi üçün fəxr edir. Pavel qeyd edib ki, Mərkəzi və Şərqi Avropa indi öz tarixində həlledici mərhələni yaşayır. O, həmçinin hesab edir ki, regionun rolu təkcə Ukraynaya indiki dəstək baxımından deyil, həm də onun müharibədən sonrakı bərpası hesabına arta bilər.

Çexiya Prezidenti vurğulayıb ki, region Ukraynanın demokratik Avropa dövlətləri ailəsinə qayıtmasında mühüm rol oynaya bilər və oynamalıdır, o cümlədən Ukraynanın Aİ-yə və şərtlərə uyğun olaraq NATO-ya üzvlüyünə fəal dəstək verilməlidir.

Xatırladaq ki, Çexiya və Polşa Ukraynaya hərbi yardımın əsas təşəbbüskarlarından biridir. Bundan əlavə, Varşava və Praqa Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarıdır.