Ən son xəbərlər:

17.03.2023/16:27/ qadınların təhsil alması İslam tərəfindən qadağan olunmayıb

Taliban bildirib ki, qadınların təhsil alması İslam tərəfindən qadağan olunmayıb və ölkədə məktəblər açılacaq.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, İslam dini qadınların təhsilini qadağan etmir, Əfqanıstanda qızlar üçün məktəblər bir müddət sonra açılacaq. Bu barədə cümə axşamı Taliban hərəkatının yaratdığı hökumətdə xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki bildirib.

O, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) alimlərindən ibarət nümayəndə heyəti ilə görüşündə vurğulayıb ki, qızlar üçün məktəblərin bağlanması dini məsələ deyil, milli və müvəqqəti məsələdir və hökumətə orta məktəblərin açılması üçün müəyyən vaxt lazımdır. Bu barədə Əfqanıstanın Tolo News telekanalı məlumat yayıb.