Ən son xəbərlər:

16.03.2023/1934/ Şəmkirdə NEPTUN supermarketlər şəbəkəsi öz qapılarını alıcıların üzünə açdı

Şəmkirdə NEPTUN supermarketlər şəbəkəsi öz qapılarını alıcıların üzünə açdı.

Şəmkir şəhəri, Səməd Vurğun küçəsində Neptun supermarketlər şəbəkəsi ilk mağazasının qapılarını müştərilərinin üzünə açıb.

Şəmkir Rayonu İcra Hakimiyyətinin məsul işçiləri, Neptun mağazalar şəbəkəsinin səlahiyyətli şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri supermarketin rəsmi açılış mərasimində iştirak etmişlər.

Ölkəmizin sürətli inkişafı Azərbaycanın hər yerində bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Bu cür ticarət mərkəzlərinin Şəmkir rayonunda da yaradılması vətəndaşların, o cümlədən rayonumuza gələn qonaqların rahatlığını təmin edəcək, – supermarketin açılışında çıxış edən rayon icra hakimiyyətinin birinci müavini Süleyman Zeynallı belə bildirib.

Süleyman Zeynallı əlavə edib ki, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi rayonumuzun iqtisadi potensialını nümayiş etdirir və ümumilikdə, Şəmkirin iqtisadi inkişafına xidmət edir.

Bundan sonra mağaza ilə tanış olan tədbir iştirakçıları məmnunluqla marketdə olan mallarla və onların qiymətləri ilə maraqlanmışlar.