Ən son xəbərlər:

16.03.2023 / 18:17 / Moldova parlamentariləri dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib

Moldova parlamentariləri dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini təsdiqləyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsinə imkan verən düzəlişləri ikinci oxunuşda təsdiqləyib. Bu barədə parlamentin spikeri İqor Qrosu məlumat verib.

Qanun layihəsi ikinci oxunuşda 58 deputatın səsi ilə təsdiq edilib. Qeyd edilir ki, müxalifət hakim çoxluğun qərarına Konstitusiya Məhkəməsində etiraz etmək niyyətindədir.

Xatırladaq ki, Moldova Konstitusiya Məhkəməsi hələ 2013-cü ildə respublikada dövlət dilinin rumın dili olmasına qərar verib, lakin ölkə konstitusiyasında dövlət dilinin moldova dili olduğu qeyd olunub.

Konstitusiya Məhkəməsinin məlumatına görə, dövlət dili rumın dili olan Moldovanın müstəqilliyi haqqında bəyannamənin mətni respublika konstitusiyasından üstündür.

Moldova Kommunistlər və Sosialistlər Parlament Blokunun deputatları dövlət dilinin adının rumın dilinə dəyişdirilməsi ilə bağlı qanun layihəsinin tamamilə ləğvinə çalışmaq niyyətindədirlər.