Ən son xəbərlər:

16.03.2023/11:09 / Türkiyədə zəlzələlərdə ölən əcnəbilərin sayı açıqlanıb

Türkiyədə zəlzələlərdə ölən əcnəbilərin sayı açıqlanıb.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Türkiyə Daxili İşlər Nazirliyi zəlzələlər nəticəsində 6600-dən çox xarici vətəndaşın öldüyünü açıqlayıb. Bu barədə “Hürriyet” xəbər verir.

Türkiyədə zəlzələlər nəticəsində ölən 48,4 min nəfərdən 6,6 min nəfərinin əcnəbi olduğu ortaya çıxıb, Hürriyet Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən xəbər verir. Onların əksəriyyəti suriyalıdır.

Soylu mətbuat konfransında deyib: “Hazırda 48 448 nəfərin öldüyünü bilirik. Zəlzələlər nəticəsində ölən xarici ölkə vətəndaşlarının sayı 6660 nəfərdir”.

O, həmçinin bildirib ki, hazırda müvəqqəti mənzillərdə yerləşdirilən vətəndaşların sayı 85 min nəfərə yaxındır. Səlahiyyətlilər tıxanmaların aradan qaldırılması üçün işləri davam etdirir. Bu günə kimi dağıntıların təxminən 20%-i təmizlənib.