Ən son xəbərlər:

16.03.2023/ 06:17 / ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti Tayvana gəldi

ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti Tayvana gəldi.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Adanın Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar və Demokratik partiyalardan olan üzvlərindən ibarət birgə nümayəndə heyəti ötən gün, martın 15-də Tayvana gəlib.

Çinin öz ərazisi hesab etdiyi adaya respublikaçılar Ken Kalvert və Mayk Qarsiya (Kaliforniya), Tom Koul (Oklaxoma), Deyv Coys (Ohayo), Stiv Vomak (Arkanzas), demokrat Ed Keys (Havay) gəldiyi qeyd edilir.

Nümayəndə heyətinin səfəri iki gün davam edəcək. Konqresmenlər səfər çərçivəsində Tayvanın Baş Qərargah rəisi Tsai İnq-ven, Milli Təhlükəsizlik Şurasının baş katibi Qu Lixionq və xarici işlər naziri Cozef Vu ilə görüşərək təhlükəsizlik, eləcə də ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. TASS sitat gətirib.