Ən son xəbərlər:

12.03.2023/ 18:08 / ABŞ-da Silikon Valley bankın iflas qalmaqalı alovlanır

ABŞ-da Silikon Valley bankın iflas qalmaqalı alovlanır.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə ABŞ-da Silikon Valley bankın (SVB) iflas qalmaqalı alovlanır. İflas ərəfəsində bank rəhbərliyi öyünürdü ki, Silikon Valley bankı ardıcıl 5-ci dəfə Forbes jurnalının illik ən yaxşı banklar siyahısına daxil edilib və eyni zamanda ilk dəfə All-Starın Maliyyə Komandası siyahısına düşüb.

Bu arada New York Post qəzeti bu çirkin detalı aşkar edib: Silikon Valley  Bankı iflasa yaxınlaşarkən, risklərin idarə edilməsi üzrə rəhbəri Cey Ersapah iş yerində LGBT layihələri ilə məşğul olur, onlarla bütün dünyada danışırdı. Məsələn, onun şübhəli təşəbbüsü müəssisədə homoseksual işçilərin öz təcrübələrini evlilik və ailə münasibətləri ilə bölüşə biləcəyi təhlükəsiz məkan yaradılmasıdır.

SVB rəhbərliyi artıq təqribən 1,8 milyard dollar itirdiyini açıqlayıb.

Ümumiyyətlə, Amerika mediasının aydınlaşdırdığı kimi, geridə qalan həftə Amerika fond bazarında çətinləşib. Silikon Valley bankından başqa, JPMorgan Chase, Bank of America, Citigroup və Wells Fargo kimi maliyyə nəhəngləri cəmi bir gün ticarətdə 52 milyard dollar dəyər itiriblər.