Ən son xəbərlər:

12.03.2023 / 17:45 / Kiyev hücum üçün Qərbdən silah gözləyir

Kiyev hücum üçün Qərbdən silah gözləyir.
xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna baş nazirinin Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina “Journal du Dimacnhe” qəzetinə müsahibəsində bildirib ki, Kiyev hücum əməliyyatı planlaşdırır, lakin bunun üçün Qərb ölkələrindən silah gözləyir.

Bu əməliyyatın planlaşdırılması artıq başlayıb, – deyə o bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya mövqelərinə əliboş getməməsi üçün silah lazımdır.

Stefanışina əlavə edib ki, Kiyevə zirehli texnika, aviasiya, tanklar, artilleriya və mərmi lazımdır.