Ən son xəbərlər:

12.03.2023 / 17:33 / Rusiyanın “Xəncər” hipersəs raketləri Qərbdə təşviş yaradıb

Rusiyanın “Xəncər” hipersəs raketləri Qərbdə təşviş yaradıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hipersəsli Kinjal (Xəncər)  raketlərindən istifadə etməsi ABŞ və onun müttəfiqləri arasında təşviş yaradıb. Bunu köşə yazarları Robin Dikson və Devid Stern “The Washington Post” qəzetinə yazdığı məqalədə bildiriblər.

Rusiyanın hipersəs raketlərindən istifadə etməsi Kremlin təkmilləşdirilmiş arsenalına dair narahatlığı yenidən artırıb. Müəlliflər qeyd ediblər ki, Qərb ölkələrinin Rusiya silahlarına belə reaksiyası onların belə analoqlarının olmaması ilə bağlıdır.

Bundan əvvəl məlum olmuşdu ki, Ukraynanın hava hücumundan müdafiə sistemi bir dənə də Rusiyanın “Kinjal” raketini vura bilməyib.