Ən son xəbərlər:

12.03.2023 / 13:20 / Ukrayna hərbi xərclərini 13,5 milyard dollardan çox artırmaq niyyətindədir

Ukrayna hərbi xərclərini 13,5 milyard dollardan çox artırmaq niyyətindədir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna hərbi xərclərini 13,5 milyard dollardan çox artırmaq niyyətindədir Bu barədə Jeleznyak Telegram-da yazıb. Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna hakimiyyətinin 2023-cü il üçün hərbi xərcləri 13,5 milyard dollardan çox artırmaqla Ukraynanın dövlət büdcəsində dəyişiklik etmək planlarını açıqlayıb.

2023-cü il büdcəsinin yenidən dəyişdirilməsi planlaşdırılır. Hərbi xərclər 500 milyard qrivnadan (13,5 milyard dollar) çox artırılacaq, Jeleznyak belə bildirib.

Siyasətçinin fikrincə, bu, Ukrayna tarixində büdcədə ən böyük artım olacaq. Jeleznyak əlavə edib ki, dəyişikliklərin bu ay tətbiq edilməsi planlaşdırılır.

Ötən ilin avqustunda Jeleznyak bildirmişdi ki, Ali Rada Ukraynanın hərbi xərclərinin 270 milyard qrivna artırılmasına səs verib ki, bu da təxminən 7,3 milyard dollara bərabərdir.