Ən son xəbərlər:

12.03.2023/ 12:49 / 65 yaşlı general Li Şanfu Çin Müdafiə Nazirliyinin rəhbəri təyin edilib

65 yaşlı general Li Şanfu Çin Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə 2018-ci ildən ABŞ sanksiyaları altında olan general Çin Müdafiə Nazirliyinin rəhbəri olub. General Li Şanfunun Çin Xalq Respublikasının müdafiə naziri vəzifəsinə təyin edilməsi bu gün, martın 12-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı tərəfindən təsdiqlənib. Li Rusiyadan Su-35 qırıcıları və S-400 sistemləri aldığına görə 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır.

Bloomberg qeyd edir ki, generalın karyera yüksəlişi Pekinin aerokosmik texnologiyaya artan diqqətinin göstəricisidir. Əvvəllər o, Çinin Xichang Kosmik Mərkəzində işləyib və Çinin ilk Ay zondunun buraxılışına nəzarət edib. Həmin vaxt Çin də peyk əleyhinə silahları sınaqdan keçirmişdi.