Ən son xəbərlər:

12.03.2023/ 12:33 / Polşa silah arsenalını gücləndirməklə Avropanın ən müasir ordusuna çevrilməyə çalışır

.Polşa silah arsenalını gücləndirməklə Avropanın ən müasir ordusuna çevrilməyə çalışır.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Britaniyanın The Telegraph nəşri yazır ki, Ukraynadakı münaqişə pərdəsi altında Polşa Avropanın ən güclü ordusuna çevrilməyə çalışır.

Qəzet Varşavanın çoxlu sayda hərbi sifarişlərini sadalayır: Polşa Cənubi Koreyadan 1000 K2 əsas döyüş tankı və ABŞ-dan 250 yeni M1A2 SEPv3 tankı üçün müdafiə sifarişləri verib, Cənubi Koreyadan 600 K9 özüyeriyən artilleriya qurğusu, HIMARS ilə 18 buraxılış qurğusu alaraq artilleriyasını gücləndirib. Cənubi Koreyadan 9000 raket və 288 MRL K239 Chunmoo sistemi alıb. Bundan əlavə, orduda Polşa istehsalı olan 1000-dən çox “Borsuk” piyada döyüş maşını var. Ölkə hava hücumundan müdafiə üçün ABŞ-dan alınmış 96 AH-64E Apache helikopteri və Cənubi Koreyadan da sifariş edilmiş 48 FA-50 döyüş təyyarəsi ilə təmin ediləcək.

The Telegraph qeyd edir ki, bütün bunlar Polşanı 227 ədəd tankla Avropanın ən böyük tank qrupunun sahibinə çevirəcək.

Ekspertlər belə qənaətə gəlirlər ki, Almaniyanın ABŞ-ın əli ilə sənayesizləşdirilməsindən sonra səhmdarların paylarına yenidən baxılacaq və gələcək Avropa blokunda aparıcı rol Polşaya həvalə olunacaq.