Ən son xəbərlər:

12.03.2023 / 09:00 / Patriarx Kirill beynəlxalq ictimaiyyəti Kiyev-Peçersk lavrasını qorumağa çağırıb

Patriarx Kirill beynəlxalq ictimaiyyəti Kiyev-Peçersk lavrasını qorumağa çağırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill yerli pravoslav kilsələrinin primatları, Papa Fransisk, BMT-nin baş katibi Antonio Quterreş və digər dini liderlərə və beynəlxalq təşkilatların nümayəndələrinə müraciət edərək onları “mümkün olan bütün səyləri göstərməyə” çağırıb. Ukrayna Pravoslav Kilsəsinin rahiblərinin Kiyev-Peçersk Lavrasından qovulmasının və monastırın məcburi bağlanmasının qarşısını almağa çağırış edib. Bu barədə şənbə günü Moskva Patriarxlığının saytında məlumat verilib.

Təəssüflə qeyd etmək lazımdır ki, Ukraynanın dövlət rəhbərliyi demokratik normalara, Avropanın inkişaf yoluna, insan hüquq və azadlıqlarına riayət olunmasına sadiqliyini bəyan edəndə bu hüquq və azadlıqlar bu gün ən açıq şəkildə tapdalanır, – deyə patriarx qeyd edib.