Ən son xəbərlər:

12.03.2023 / 08:45 / Deutsche Bahn artıq humanitar yüklərin Ukraynaya pulsuz çatdırılmasını dayandırıb

Deutsche Bahn artıq humanitar yüklərin Ukraynaya pulsuz çatdırılmasını dayandırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Almaniyanın Deutsche Bahn dəmir yolu konserni bu il humanitar yüklərin Ukraynaya pulsuz çatdırılmasını dayandırıb. Bu barədə şənbə günü Almaniyanın həftəlik Der Spiegel nəşri mənbələrə istinadən məlumat yayıb.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra konsern dəstək əlaməti olaraq oraya pulsuz yardım daşımağa başlayıb. “Bu dəstək başladığı kimi tez də bitib. 1 yanvar 2023-cü il tarixindən törəmə DB Cargo, görünür, artıq pulsuz daşıma təklif etmir, – məqalədə belə deyilir.

Ötən ilin fevral ayından etibarən “DB Cargo” Ukraynaya 1300 konteyner humanitar yardım daşıyıb. Jurnal yazır ki, nəqliyyat xərcləri təxminən 5 milyon avro təşkil edib.