Ən son xəbərlər:

12.03.2023/ 07:35 / Almaniyada ərzaq məhsullarının qiymət artımı enerji resurslarını üstələyib

Almaniyada ərzaq məhsullarının qiymət artımı enerji resurslarını üstələyib.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Die Welt şənbə günü Almaniya Federal Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ərzaq məhsulları fevral ayında qiymət artımı baxımından enerji resurslarını üstələyib və Almaniyada inflyasiyaya ən davamlı mallar qrupu olub.

Fevral ayında əvvəlki ayla müqayisədə ərzaq qiymətləri 2,4% artıb. Xüsusilə tərəvəzin (12,5%), yumurtanın (35,3%), çörəyin və dənli bitkilərin (24,3%) qiymətləri kəskin artıb. Bəzi kateqoriyalı mallar daha da bahalaşıb. Məsələn, şəkərin qiyməti 69,9% bahalaşıb”,  – nəşr belə vurğulayır.

Eyni zamanda, enerji daşıyıcılarının qiymətlərinin artımı fevral ayında səngiyib və demək olar ki, hiss olunmur. Ümumilikdə yanvar ayı ilə müqayisədə inflyasiya 0,8 faiz artmış, illik ifadədə qiymət artımı 8,7 faizə çatmışdır. İl ərzində ərzaq məhsulları 21,8%, enerji məhsulları 19,1% bahalaşıb.

Statistikadan göründüyü kimi, ərzaq məhsulları inflyasiyanın hesablanmasından çıxarılsaydı, qiymət artımı 5,2%, enerji xərcləri nəzərə alınmadan bu rəqəm 7,6% təşkil edərdi. Beləliklə, qida inflyasiyanın əsas sürücüsü kimi enerjini əvəz edib.