Ən son xəbərlər:

11.03.2023 / 21:25 / 3 Rus şahmatçısı idman vətəndaşlığını dəyişdi

3 Rus şahmatçısı idman vətəndaşlığını dəyişdi.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya şahmatçısı Yevgeni Alekseev bundan sonra İsrail bayrağı altında çıxış edəcək. Bu barədə onun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytındakı profilində məlumat verilib.

37 yaşlı şahmatçı 2006-cı ildə Rusiya çempionu, 2013-cü ildə Avropa çempionatının gümüş mükafatçısıdır. O, Rusiyanı 2004-cü il Dünya Kubokunda, 2005, 2007, 2009, 2011 və 2013-cü illərdə Dünya Kubokunda təmsil edib, 2010-cu ildə Xantı-Mansiyskdə keçirilən Ümumdünya Şahmat Olimpiadasında milli komandanın heyətində çıxış edib.

Alekseev hazırda FİDE reytinqində 312-ci yerdədir. O, son həftədə idman vətəndaşlığını dəyişən üçüncü rus şahmatçısı oldu. Martın 3-də Aleksandra Kosteniuk İsveçrənin bayrağı altında keçib. Həmin gün Aleksandr Predkenin Serbiya yığmasında çıxış edəcəyi məlum olub.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.